Güləş/Cüdo
DÇ: Hidayət Heydərov ilk görüşdə məğlub oldu

15.06.2025 | 14:40
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.
Sports.az xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub.
27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.
Bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.
Son xəbərlər





























