Digər
Millimizin son sınağı

21.06.2025 | 12:20
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq.
Sports.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) yığmalarını üstələyib. Gümüş Avropa Liqasının 3-cü turu Farer adalarında təşkil olunub.
Son xəbərlər





























