Azərbaycan AÇ-də 39 güləşçi ilə təmsil olunacaq

Azərbaycan AÇ-də 39 güləşçi ilə təmsil olunacaq

Azərbaycan iyunun 25-dən 28-dək İtaliyanın Kaorle şəhərində təşkil olunacaq U-15 Avropa çempionatında 39 güləşçi ilə təmsil olunacaq.

 

Sports.az xəbər verir ki, reqlamentə əsasən, ölkələr hər növdə 13 idmançı ilə təmsil oluna bilər. 2022-ci ildən bu yana sərbəst və yunan-Roma güləşində U-15 Avropa çempionatlarında tam heyətlə mübarizə aparırdıqsa, bu dəfə qadın güləşində tam heyətlə təmsil olunacağıq.

 

Məsul yarışa sərbəst güləşçilər start verəcək. Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında Sərxan Musayev, Cavanşir Süleymanov (hər ikisi 38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Tunar Sultanzadə, Əkbər Əsgərov (hər ikisi 48 kq), Yusif Hüseynov (52 kq), Muraz Hüseynov, Elcan Həsənov (hər ikisi 57 kq), Məhəmməd Həsənli (62 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Elgün Kərimli (85 kq) uğur qazanmağa çalışacaqlar.

 

İyunun 26-da böyük məşqçilər Həsrət Məmmədyarovla Solmaz Adilovanın rəhbərliyi altında qızlar mübarizəyə qoşulacaq. Heyətdə Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Leyla Əsgərova (39 kq), Gülnar Ağadadaşova, Yağmur Məlikli (hər ikisi 42 kq), Nuray Cəfərli, Məryəm Hacıyeva (hər ikisi 46 kq), Günel Kərimli, Aişə Cabbarova (hər ikisi 50 kq), Məryəm Əmrəli (54 kq), İnci Abdullayeva (58 kq), Rəna Nuriyeva (62 kq) və Simurə Abdullayeva (66 kq) yer alıblar.

 

Qitə birinciliyinə yunan-Roma güləşçiləri yekun vuracaq. Böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Taleh Məmmədovun rəhbərliyi altında Hüseyn Əmrahlı, Xudayar Kərimli (hər ikisi 38 kq), Rahib Əhmədov (41 kq), Ömər Salmanov (44 kq), Vəkil Bəşirov 48 kq), Qurban Məcnunov, Hüseyn Mustafazadə (hər ikisi 52 kq), İbrahim Məmmədzadə (57 kq), Nadir Həsənov (62 kq), Əli Məmmədov (68 kq), Ruslan Nuruyev (75 kq), Məhəmməd Orucov və Zöhrab Səfərov (hər ikisi 85 kq) xalçaya çıxacaqlar.

 

Hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq yarışı idarə edəcək hakimlər sırasında 3-cü kateqoriyaya sahib Kənan Hacıəliyev və Sevinc Yusibova da yer alacaq.

Son xəbərlər
“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı
Son oyunda heç-heçə
“Roma”ya bir qol bəs etdi
“Fənərbağça”dan darmadağın
“Milan”da yeni müqavilə
Azərbaycanın 4 boksçusu AÇ-nin finalında
Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar
“Arsenal” yeni qapıçı gözaltı etdi
Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər
“Neftçi” – “Sumqayıt” matçında 4 qol – VİDEO
İngiltərənin iki nəhəngi “İnter”in müdafiəçisi ilə maraqlanır
“Mən sehrbaz deyiləm” - Vernidub
“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi
“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi
Yarımmüdafiəçisi və hücumçusu ilə bağlı qərarı məhz MY verəcək
“Kür-Araz”dan darmadağın
“Tottenhem” “Brentford”un hücumçusunu satın almaq istəyir
“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu
Azərbaycanın cüdo milliləri üçün seminar
Qubada hərəyə 1 qol, 1 xal - VİDEO
Turun açılış matçında “Azərreyl” qələbə qazandı
“Milan” “Arsenal”ın hücumçusu ilə güclənə bilər
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə güclənə bilər
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
“ABB-Qarabağ” kobrend kartı buraxılır
“Qələbəyə daha çox layiq idik”
MS üç oyunçusu ilə yollarını ayırmağa hazırdır
“Qələbə üçün gəlmişdik” – Füzuli Məmmədov
II Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Benzema doğma klubuna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar