MPK-nın nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

MPK-nın nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti İrlandiyanın Kerri şəhərində təşkil olunan 25-ci Beynəlxalq Uyğunlaşdırılmış Fiziki Fəaliyyət Simpoziumunda (ISAPA 2025) iştirak edib.

Sports.az MPK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 ölkədən 500-dən çox iştirakçının qatıldığı simpoziumda MPK-nı Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə təmsil ediblər.

Adaptiv fiziki fəaliyyət və inklüziv bədən tərbiyəsi sahəsində ən nüfuzlu tədbir hesab olunan simpoziumda Əşrəf Qasım tərəfindən MPK-nın təqdimatı olub. Təqdimatda qurumun ümumi fəaliyyəti və görülən işlər barədə məlumat verilib. Həmçinin Çin, Kanada, İrlandiya, Bəhreyn Krallığı və Cənubi Koreya paralimpiya komitələrinin rəhbərliyi ilə görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Simpoziumun keçirilmə məqsədi adaptiv fiziki fəaliyyət təcrübələrinin inkişafını təşviq etmək, bu sahədə fəaliyyət göstərən qurumların və elm adamlarının bilik mübadiləsini təmin etməkdir.

İki ildən bir keçirilən simpozium UNESCO-nun dəstəyi ilə təşkil edilir və onun beynəlxalq əməkdaşlığa və inklüziv idmana sadiqliyini vurğulayır.

Son xəbərlər
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar