Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstanın paytaxtı Astanada təlim-məşq toplanışı keçəcəklər.

Sports.az xəbər verir ki, hazırlıqda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Zəlimxan Süleymanov, Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hamısı 60 kq), Zaur Qəhrəmanov, Malik Həsənov (hər ikisi 65 kq), Nəbi İsgəndərov (70 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+90 kq) iştirak edəcəklər.

Milli iyunun 28-də yekunlaşacaq toplanışda ABŞ, Kanada, Belçika, Qazaxıstan, İsveçrə və Avstraliya ilə birgə məşq edəcək, sınaq döyüşləri keçirəcək.

Hazırlığın yekununda Zaur Qəhrəmanov, Məhəmmədəli Aşurəliyev və Zəlimxan Süleymanov Bakıya dönəcək, digər boksçular isə Qazaxıstanda keçiriləcək Dünya Kubokuna qatılacaqlar. Bu yarış iyunun 30-dan iyulun 7-dək davam edəcək. Dünya Kubokunda həmçinin qadın boksçularımızdan Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq) və Aynur Mikayılova (57 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, bu gün Astanaya yollanacaq kişi boksçular iyulun 8-də Bakıya qayıdacaqlar. Qadınlardan ibarət millimiz isə Türkiyənin Kastamonu şəhərində hazırlıq keçir.

Son xəbərlər
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar