Digər
Azərbaycan millisi Qazaxıstana yollandı

22.06.2025 | 12:40
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atırau şəhərinə yola düşüb.
Sports.az xəbər verir ki, yığma iyunun 22-dən 25-dək adıçəkilən şəhərdə baş tutacaq "Airom Cup" beynəlxalq turnirində iştirak edəcək.
Bu yarış Avropa çempionatı öncəsi əsas hazırlıq mərhələlərindən biridir.
Qeyd edək ki, U-16 turnirdə ilk oyunlarını 23 iyunda Qazaxıstan təmsilçiləri "Aul Sport" və "Barsy Atrau" klublarına qarşı keçirəcək.
Son xəbərlər





























