Yeniyetmə badmintonçulardan Serbiyada uğurlu nəticə

Yeniyetmə badmintonçulardan Serbiyada uğurlu nəticə

Yeniyetmə badmintonçularımız 27 ölkənin təmsil olunduğu “Serbian Youth International – Novi Sad 2025” beynəlxalq turnirində qızıl və bürünc medal qazanıblar.

Sports.az xəbər verir ki, 13 yaşadək yeniyetmə oğlanların şəxsi yarışında “G” qrupunda mübarizə aparan Ömər Mehdi Türkiyə və Macarıstandan olan rəqiblərinə qalib gələrək pley-offa yüksəlib. Bu mərhələdə Türkiyə, Rumıniya və Bolqarıstanı təmsil edən badmintonçuları məğlub edən Ömər Mehdi “Serbian Youth International – Novi Sad 2025” turnirinin qızıl medalını qazanıb. 

15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Fərəc Kərimli – Aysel Kazımova tandemi bürünc medal qazanıb. Yeniyetmə badmintonçularımız yarımfinal mərhələsinə kimi İsrail, Serbiya və Türkiyəni təmsil edən rəqiblərinə qalib gəliblər. Fərəc Kərimli və Aysel Kazımova finala yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan badmintonçularına uduzublar. Eyni kateqoriyada yarışan Ömər Teymurlu-Qəndab Niftalızadə qoşası 1/4 finala kimi irəliləsə də, medalın bir addımlığında  Türkiyə badmintonçularına məğlub olub.
 
13 yaşadək qız badmintonçuların qoşa kateqoriyasında Dəniz Əhmədli-Fatimə İsmayılova yarımfinal uğrunda keçirilən qarşılaşmada serb rəqiblərinə uduzub. 

18-21 iyunda Serbiyanın Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə 27 ölkədən 255 badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb.  

Qeyd edək ki, yeniyetmə badmintonçularımız hər il Novi Sad şəhərində keçirilən “Serbian Youth International” turnirində mütəmadi olaraq iştirak edir. Daha öncə 2022-ci ildə yeniyetmə badmintonçularımız 13 yaşadək badmintonçu qızların şəxsi və qoşa yarışında qeyd olunan turnirdə 2 bürünc medal qazanıb.

Son xəbərlər
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar