Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycanın güləş üzrə U-20 millisinin iyunun 30-dan iyulun 6-dək İtaliyanın Kaorle şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Sports.az xəbər verir ki, qitə birinciliyinin açılışını yunan-Roma güləşçiləri edəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) xalçaya çıxacaqlar.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Elvina Kərimzadə (50 kq), Gülər Həbibova (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizə aparacaqlar.

Yarışın son günlərində sərbəst güləşçilər məharətlərini göstərəcəklər. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Bəşir Verdiyev (61 kq), Hacı Kərimov (65 kq), İsmayıl Rəhimli (70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaqlar.

Görüşlər hər gün, Bakı vaxtı ilə 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.

Avropa çempionatında I dərəcəli beynəlxalq hakim Tural Əliyev ədaləti qoruyacaq.

Son xəbərlər
“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı
Son oyunda heç-heçə
“Roma”ya bir qol bəs etdi
“Fənərbağça”dan darmadağın
“Milan”da yeni müqavilə
Azərbaycanın 4 boksçusu AÇ-nin finalında
Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar
“Arsenal” yeni qapıçı gözaltı etdi
Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər
“Neftçi” – “Sumqayıt” matçında 4 qol – VİDEO
İngiltərənin iki nəhəngi “İnter”in müdafiəçisi ilə maraqlanır
“Mən sehrbaz deyiləm” - Vernidub
“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi
“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi
Yarımmüdafiəçisi və hücumçusu ilə bağlı qərarı məhz MY verəcək
“Kür-Araz”dan darmadağın
“Tottenhem” “Brentford”un hücumçusunu satın almaq istəyir
“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu
Azərbaycanın cüdo milliləri üçün seminar
Qubada hərəyə 1 qol, 1 xal - VİDEO
Turun açılış matçında “Azərreyl” qələbə qazandı
“Milan” “Arsenal”ın hücumçusu ilə güclənə bilər
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə güclənə bilər
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
“ABB-Qarabağ” kobrend kartı buraxılır
“Qələbəyə daha çox layiq idik”
MS üç oyunçusu ilə yollarını ayırmağa hazırdır
“Qələbə üçün gəlmişdik” – Füzuli Məmmədov
II Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Benzema doğma klubuna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar