Azərbaycanın qadın güləşçisi karyerasını başa vurub

Azərbaycanın qadın güləşçisi karyerasını başa vurub

Azərbaycanın qadın güləşçisi Elis Manolova karyerasını başa vurub.

Sports.az xəbər verir ki, təcrübəli güləşçi bununla bağlı açıqlama verib:

“Geriyə dönüb baxanda o qədər yarışlar və medallar olub ki, duyğulanmamaq mümkünsüzdür. Əlbəttə, daha bir olimpiya tsiklində güləşmək istərdim. Ancaq illərdir davam edən zədələr güləşməyə imkan vermir. İndiyədək topladığım təcrübəni bundan sonra məşqçi kimi gənclərə ötürmək istəyirəm. Azərbaycan adına güləşdiyim üçün çox xoşbəxtəm. Mən Azərbaycanı ikinci evim sayıram. Bu ölkədə çox gözəl xatirələrim var. Hər kəs üçün darıxacağam. Bakıya yenə gələcəyəm. Azərbaycan Güləş Federasiyasına minnətdaram. Nə yaxşı ki, məni öz sıralarınıza qəbul etdiniz. Mən də sizin bir parçanız idim. Azərbaycan bayrağını yüksəltmək hər zaman böyük qürur idi. Bundan sonra bütün azərbaycanlı güləşçiləri dəstəkləyəcəyəm”.

Qeyd edək ki, 29 yaşında karyerasını başa vuran Elis 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. İki il sonra Avropa çempionu və dünya üçüncüsü ünvanına sahib çıxan Manolova böyüklər arasında qitə birinciliklərində 5 (1 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanıb.

Azərbaycan Güləş Federasiyası Elis Manolovaya qadın güləşimizə verdiyi töhfəyə və qazandığı uğurlara görə təşəkkür edir və məşqçilik fəaliyyətində uğurlar arzulayır.

Son xəbərlər
“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı
Son oyunda heç-heçə
“Roma”ya bir qol bəs etdi
“Fənərbağça”dan darmadağın
“Milan”da yeni müqavilə
Azərbaycanın 4 boksçusu AÇ-nin finalında
Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar
“Arsenal” yeni qapıçı gözaltı etdi
Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər
“Neftçi” – “Sumqayıt” matçında 4 qol – VİDEO
İngiltərənin iki nəhəngi “İnter”in müdafiəçisi ilə maraqlanır
“Mən sehrbaz deyiləm” - Vernidub
“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi
“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi
Yarımmüdafiəçisi və hücumçusu ilə bağlı qərarı məhz MY verəcək
“Kür-Araz”dan darmadağın
“Tottenhem” “Brentford”un hücumçusunu satın almaq istəyir
“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu
Azərbaycanın cüdo milliləri üçün seminar
Qubada hərəyə 1 qol, 1 xal - VİDEO
Turun açılış matçında “Azərreyl” qələbə qazandı
“Milan” “Arsenal”ın hücumçusu ilə güclənə bilər
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə güclənə bilər
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
“ABB-Qarabağ” kobrend kartı buraxılır
“Qələbəyə daha çox layiq idik”
MS üç oyunçusu ilə yollarını ayırmağa hazırdır
“Qələbə üçün gəlmişdik” – Füzuli Məmmədov
II Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Benzema doğma klubuna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar