“Gimnastika hamı üçün” beynəlxalq festivalı keçirilib

“Gimnastika hamı üçün” beynəlxalq festivalı keçirilib

Dənizkənarı Milli Parkda “Gimnastika hamı üçün” üçüncü Bakı Beynəlxalq festivalı keçirilib.

Sports.az xəbər verir ki, iki gün davam edən tədbir yerli və xarici iştirakçıların rəngarəng çıxışları ilə yadda qalıb.

Festivalda Azərbaycanla yanaşı, Gürcüstan, Monqolustan və Uqandadan gələn komandalar da iştirak ediblər. Yarışda ümumilikdə 900-ə yaxın iştirakçı və 52 komanda təmsil olunub. Azərbaycanı təkcə paytaxt komandaları deyil, həm də ölkənin müxtəlif bölgələrindən olan iştirakçılar təmsil ediblər.

Müxtəlif yaş qruplarını əhatə edən proqramda zumba, hip-hop, milli rəqslər və "ustad dərsləri" xüsusi maraqla qarşılanıb.

İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalın rəsmi açılışı iştirakçıların Bakı İdman Sarayından Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən əsas səhnəyədək möhtəşəm yürüşü ilə start götürüb. Orkestrin müşayiəti ilə gerçəkləşən bu yürüş, eləcə də komandaların səhnə performansları izləyicilərə əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Müxtəlif bölgələrdən gələn komandaların çıxışları festivalın coğrafi müxtəlifliyini və geniş miqyasını bir daha nümayiş etdirib.

Axşam saatlarında səhnəyə çıxan tanınmış müğənni Mərdan Kazımov festivalın əyləncəli ruhunu daha da yüksəldib. Sənətçinin ifa etdiyi ritmik və enerjili mahnılar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Festivalın ikinci günündə keçirilən Qala şou yüksək ovqat ilə yadda qalıb. “Ən yaxşı kostyum”, “Ən yaxşı performans”, “Ən yaşlı iştirakçı”, “Ən kiçik iştirakçı” və “Sosial mediada ən fəal iştirakçı” nominasiyaları üzrə qaliblərin mükafatlandırılması tədbirin zirvə nöqtələrindən biri olub. Əlavə olaraq, müxtəlif kateqoriyalar üzrə fərqlənən iştirakçılara diplomlar təqdim edilib.

Son xəbərlər
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar