“Son 4 ildə 3-cü dəfədir Avropa çempionu oluruq”

“Son 4 ildə 3-cü dəfədir Avropa çempionu oluruq”

İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatını uğurla başa vuran yunan-Roma güləşçilərimiz vətənə qayıdıb.

Sports.az xəbər verir ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medalla komanda hesabında qitə çempionu olan millimiz üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi təşkil edilib:

Əbilfət Məmmədov, böyük məşqçi:

“Son 4 ildə 3-cü dəfədir Avropa çempionu oluruq. Uşaqlar yaxşı çıxış etdilər. İldən-ilə rəqabət artır. Şükürlər olsun ki, hamını qabaqladıq. Daha yaxşı nəticə qazana bilərdik. Əsas liderlərimizdən biri bu yarışda iştirak etmədi, digəri isə zədəyə görə istənilən nəticəni vermədi. Ümumilikdə, komandanın çıxışını normal sayıram. Hüseyn Əmrahlı və Xudayar Kərimov gələn il də bizimlə olacaq. Digərləri U17 yaş qrupuna keçəcək”.

Ömər Salmanov, Avropa çempionu:

“Şükür Allaha, çempion oldum. Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Türkiyə və Latviya idmançılarına 8:0, Belarus güləşçisinə isə 10:1 hesabıyla qalib gələrək finala yüksəldim. Finalda ötən il Avropa çempionu olmuş rusiyalı rəqibimi 7:5 hesabıyla məğlub etdim. Qələbəmi məşqçilərimə və atama həsr edirəm”.

Hüseyn Əmrahlı, Avropa ikincisi:

“Başda valideynlərim olmaqla, şəxsi məşqçim Şamxal müəllim və millinin məşqçilərinə minnətdaram. Bu il ikinci yeri tutdum. İnşallah, gələn il qızıl medal qazanacağam”.

Ruslan Nuriyev, Avropa ikincisi:

“Üzərimdə əziyyəti olan məşqçilərimə və valideynlərimə dərin təşəkkürümü bildirirəm. Yarış yaxşı keçdi. Finalda bir qədər boşluğa yol verdim deyə məğlub oldum”.

Xudayar Kərimli, Avropa üçüncüsü:

“Şəxsi məşqçim Fuad Aydınlı və millinin məşqçilərinin üzərimdə çox əziyyəti var. Hamısına təşəkkür edirəm. Hamı məndən çempionluq gözləyirdi. Qismət olmadı. Bürünc medal qazandım. Buna da şükür. Səhvlərimin üzərində işləyib gələn il çempion olmağa çalışacağam”.

Hüseyn Mustafazadə, Avropa üçüncüsü:

“Çox güclü yarış keçdi. Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq. Bu dəfə üçüncü yeri tutdum. İnşallah, növbəti yarışlarda çempion olaram”.

Nadir Həsənov, Avropa üçüncüsü:

“İtaliyaya çempion olmağa getmişdim. Yarımfinala qədər hər şey yaxşı idi. Parterdəki səhvimə görə finalı əldən verdim. Şəxsi məşqçim Fuad Aydınlı və millinin məşqçilərinə minnətdaram. İnşallah, gələn il qızıl medalla vətənə qayıdaram”.

Son xəbərlər
“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı
Son oyunda heç-heçə
“Roma”ya bir qol bəs etdi
“Fənərbağça”dan darmadağın
“Milan”da yeni müqavilə
Azərbaycanın 4 boksçusu AÇ-nin finalında
Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar
“Arsenal” yeni qapıçı gözaltı etdi
Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər
“Neftçi” – “Sumqayıt” matçında 4 qol – VİDEO
İngiltərənin iki nəhəngi “İnter”in müdafiəçisi ilə maraqlanır
“Mən sehrbaz deyiləm” - Vernidub
“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi
“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi
Yarımmüdafiəçisi və hücumçusu ilə bağlı qərarı məhz MY verəcək
“Kür-Araz”dan darmadağın
“Tottenhem” “Brentford”un hücumçusunu satın almaq istəyir
“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu
Azərbaycanın cüdo milliləri üçün seminar
Qubada hərəyə 1 qol, 1 xal - VİDEO
Turun açılış matçında “Azərreyl” qələbə qazandı
“Milan” “Arsenal”ın hücumçusu ilə güclənə bilər
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə güclənə bilər
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
“ABB-Qarabağ” kobrend kartı buraxılır
“Qələbəyə daha çox layiq idik”
MS üç oyunçusu ilə yollarını ayırmağa hazırdır
“Qələbə üçün gəlmişdik” – Füzuli Məmmədov
II Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Benzema doğma klubuna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar