Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açılıb

Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açılıb

Azərbaycan Güləş Federasiyası (AGF) maddi-texniki bazanın gücləndirməsi istiqamətində fəaliyyətini davam etdirir.

Sports.az xəbər verir ki, bu çərçivədə növbəti addım atılıb.

Belə ki, AGF-nin yeni təlim-məşq bazası istifadəyə verilib. Xətai rayonu, Natiq Əliyev küçəsi 92 ünvanında yerləşən güləş mərkəzi yeniyetmə sərbəst güləşçilərin ixtiyarına verilib. Təlim-məşq bazası inventarla tam şəkildə təmin edilib. 315 kvadratmetr ərazisi olan güləş mərkəzində məşqçi və fitnes otaqları, qazanxana, məşqçilər və idmançılar üçün sanitar qovşağı mövcuddur.

Bu gün federasiyanın yeni təlim-məşq bazasının açılış mərasimi keçirilib. Tədbirdə GİN, AGF rəsmiləri və məşqçilər iştirak edib. AGF-nin vitse-prezidenti Namiq Əliyev, AGF-nin İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev, AGF-nin baş katibi Nəsimi Musayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Yaşar Rzayev, eləcə də sərbəst güləş üzrə U17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək ürək sözlərini çatdırıb, yeni bazanın sərbəst güləşimizin inkişafına böyük təkan verəcəyini bildiriblər.

Qeyd edək ki, bu güləş mərkəzində son illər beynəlxalq arenalarda qazandıqları uğurlarla diqqət cəlb edən U15 və U17 milli komandaların təlim-məşq prosesləri keçiriləcək.

Son xəbərlər
“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı
Son oyunda heç-heçə
“Roma”ya bir qol bəs etdi
“Fənərbağça”dan darmadağın
“Milan”da yeni müqavilə
Azərbaycanın 4 boksçusu AÇ-nin finalında
Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar
“Arsenal” yeni qapıçı gözaltı etdi
Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər
“Neftçi” – “Sumqayıt” matçında 4 qol – VİDEO
İngiltərənin iki nəhəngi “İnter”in müdafiəçisi ilə maraqlanır
“Mən sehrbaz deyiləm” - Vernidub
“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi
“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi
Yarımmüdafiəçisi və hücumçusu ilə bağlı qərarı məhz MY verəcək
“Kür-Araz”dan darmadağın
“Tottenhem” “Brentford”un hücumçusunu satın almaq istəyir
“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu
Azərbaycanın cüdo milliləri üçün seminar
Qubada hərəyə 1 qol, 1 xal - VİDEO
Turun açılış matçında “Azərreyl” qələbə qazandı
“Milan” “Arsenal”ın hücumçusu ilə güclənə bilər
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə güclənə bilər
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
“ABB-Qarabağ” kobrend kartı buraxılır
“Qələbəyə daha çox layiq idik”
MS üç oyunçusu ilə yollarını ayırmağa hazırdır
“Qələbə üçün gəlmişdik” – Füzuli Məmmədov
II Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Benzema doğma klubuna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar