Azərbaycanı Avropa Kubokunda təmsil edəcək cüdoçular bilindi

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək cüdoçular bilindi

Azərbaycanı iyulun 5–6-da Çexiyanın paytaxtı Praqada keçiriləcək gənclər arasında Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib.

Sports.az Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışa 10 çəki dərəcəsində 22 idmançımız (14 oğlan, 8 qız) qatılacaq.

Yarışda kişi cüdoçulardan Mirxaliq İskəndərov, Ayxan Mirzəzadə, Nicat Eyvazov (hamısı 60 kq), Mehdi Cəfərov, Səlim Sultanov, Nihad Yəhyayev (hamısı 73 kq), Nahid Tarquliyev, Roman Qarayev, Mehdi Abbasov, Cəsur İbadlı (hamısı 81 kq), Canpolad Əliyev, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Davud Namazlı, Vidadi Əliyev (hər ikisi 100 kq), qadınlardan Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Qasımova, Gülnarə Bayramova (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq), Nigar Süleymanova (+78 kq) iştirak edəcək.

Turnirin ədalət təmsilçiləri arasında ACF-nin hakimlər heyətinin üzvləri, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Akif Tahirov da yer alacaq.

Qeyd edək ki, Avropa Kubokunda 32 ölkədən 447 idmançı (280 oğlan, 167 qız) qüvvəsini sınayacaq.
 

Son xəbərlər
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar