“Yolumuz Olimpiada yoludur” - Toğrul Əsgərov

“Yolumuz Olimpiada yoludur” - Toğrul Əsgərov

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında 2 qızıl medal qazanan qadın güləşi üzrə millimiz vətənə qayıdıb.

Sports.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi və brifinq təşkil edilib.

Toğrul Əsgərov, baş məşqçi əvəzi:

“İlk öncə bizə belə qələbə sevinci yaşatdıqları üçün idmançılarımızı təbrik edirəm. Əllərindən gələni etdilər. Buna hamı şahid oldu. Federasiyaya da dərin təşəkkürümü bildirirəm. İdmançılarımız üçün nə lazımdırsa, artıqlaması ilə edirlər. Yolumuz Olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur. Bundan qabaqki müsahibələrimizdə də bildirmişdik ki, komandamız gəncdir, yolumuz uzundur, açıqdır və parlaqdır. Qarşıda bizi U20 və böyüklərin dünya çempionatları gözləyir. Vaxtımız çox azdır. Əlimizdən nə gəlirsə, onu artıqlaması ilə etməyə çalışacağıq”.

Rövşən Umudov, böyük məşqçi:

“Qadın güləşi inkişafdadır. Federasiyanın rəhbərliyinin bu gün qadın güləşinə göstərdiyi qayğı nəticəsində bu inkişaf gələcək yarışlarda daha da özünü göstərəcək. Yeniyetmə qızlar yetişir. Mənə elə gəlir, az bir zamanda tam heyətlə yarışlara qatıla biləcəyik. Qadın güləşi öz sözünü deyəcək. Necə ki, sərbəst və yunan-Roma güləşində komanda hesabında Avropa çempionatında ön sıralarda yer alırıq, qadın güləşi üzrə komandamız da bir-iki ilə U17 və U20 yaş qrupunda öz sözünü deyəcək”.

Günay Qurbanova, Avropa çempionu:

“Yarış çox yaxşı keçdi. Şükür Allaha, bu il ikinci dəfə Avropa çempionu ola bildim. Çox xoşbəxtəm. Bütün məşqçilər korpusuna, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Növbəti hədəfim U20 dünya çempionatında uğurlu çıxış etməkdir. Bu yarışa hazırlaşacağıq. İnşallah, yaxşı olacaq”.

Ruzanna Məmmədova, Avropa çempionu:

“Yarış olduqca çətin keçdi. Çox güclü rəqiblərlə qarşılaşdıq. Amma şükür Allaha ki, nəticə istədiyimiz kimi oldu. Zədəyə görə son təlim-məşq toplantısında iştirak edə bilmədim. İştirak etsəydim, yarış daha asan keçə bilərdi. Yenə də qalib gəldim. Buna görə də çox sevinirəm. Növbəti hədəfim ilk öncə qarşıdan gələn gənclər arasında dünya çempionatı, sonra U23 dünya çempionatıdır. Amma əsas hədəf Olimpiadaya lisenziya qazanıb, ölkəmizi layiqincə təmsil etməkdir”.
 

Son xəbərlər
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar