Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüş keçirildi

Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüş keçirildi

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şimali Makedoniyada və Xorvatiyada təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək idmançılar və məşqçilərlə görüş olub.

Sports.az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, idmançılar, məşqçilər və federasiya nümayəndələri iştirak ediblər.

Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalı haqqında video təqdimatdan sonra komandanın missiya rəhbəri Vaqif Əliyev yarışa hazırlıq və “Təhlükəsiz İdman”a dair nümunəvi sənəd haqqında təqdimatla çıxış edib.

O, Şimali Makedoniyanın Skopye, Kumanovo və Xorvatiyanın Osiyek şəhərlərində keçiriləcək yarış haqqında iştirakçıları məlumatlandırıb. Vaqif Əliyev əvvəlkilərdən fərqli olaraq, bu festivalın bir neçə yeniliklə yadda qalacağını bildirib. Qeyd edib ki, bu yeniliklərdən biri oyunların iki müxtəlif ölkədə və üç şəhərdə təşkil olunması, digəri isə proqramda yeni idman növlərinin - stolüstü tennis, atıcılıq və taekvondonun yer almasıdır. O, həmçinin Olimpiya kəndi, nəqliyyat infrastrukturu, yarışların keçiriləcəyi məkanlar və təhlükəsiz idman məsələləri haqqında da iştirakçıları məlumatlandırıb.

AMADA-nın təhsil məsələləri üzrə meneceri Qüdrət Səfərov isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib.

EYOF-2025-in gənc səfiri Nərmin Kərimova isə festival zamanı əyləncəli və mədəni tədbirlər haqqında məlumat verib.

Qeyd edək ki, festivalda 50 ölkədən ümumilikdə 4 minə yaxın 13-18 yaşlı yeniyetmə idmançı iştirak edəcək. Azərbaycan komandası 10 idman növü - atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində 52 (28 kişi, 24 qadın) idmançı ilə təmsil olunacaq.

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi iyulun 20-də, bağlanış mərasimi isə 26-da keçiriləcək.

Son xəbərlər
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
DAHA ÇOX

Ən çox oxunanlar