“Olimpiakos” Marselodan narazıdır

Yunanıstanın “Olimpiakos” klubu braziliyalı futbolçu Marselonun uzun müddət zədəsini bərpa edə bilməməsindən narazıdır.

Sports.az “FootMercato”ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin bu mövsüm hər matçda 30 dəqiqədən artıq oynaya bilməməsi klub rəhbərliyinin narazılığına səbəb olub.

Marselo bu mövsüm 5 matçda (ümumilikdə 121 dəqiqə) meydana çıxıb və qol vurmayıb.

Braziliyalı müdafiəçi sentyabrda “Olimpiakos”a qoşulub və klubla 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar