Karateçilərimiz Bolqarıstanda yay təlim-məşq toplanışına qatılıblar

Karateçilərimiz Bolqarıstanda yay təlim-məşq toplanışına qatılıblar

Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “KWU-WFKF” Birliyi üzrə milli komandamız Bolqarıstanın Varna / Kamçiya şəhərlərində keçirilən “KWU-SENSHI” (Dünya Kyokuşin Birliyi) üzrə dünya kubokunda və 19-cu beynəlxalq yay təlim-məşq toplanışında iştirak edir.

Sports.az xəbər verir ki, iyulun 6-dan etibarən start götürən yarışda milli komandamız ilk uğurlarını qazanıb. Belə ki, yarışın ilkin mərhələsində iki idmançımız mükafata layiq görülüb:

Selcan Babayeva (16-17 yaş, +65 kq) qızıl medal (şəxsi məşqçi – Vidadi Xəlilov);

Cavid Kazımlı (16-17 yaş, 75+ kq) gümüş medal (şəxsi məşqçi Vüsal Məmmədov).

Azərbaycan milli komandası ümumilikdə 19 idmançı ilə təmsil olunur. Onlardan 14 nəfər (kyokuşin karate üzrə) artıq mübarizəyə qoşulub, 5 idmançı isə böyüklər arasında keçiriləcək “SENSHI” yarışlarında iştirak edəcək. Onların çıxışları növbəti günlərdə baş tutacaq.

Bu mötəbər yarışda Dünya Kyokuşin Birliyinin 37 ölkə üzrə rəsmi nümayəndəliklərinin yığma komandaları iştirak edir.

Yığmamız yarışda Azərbaycan Karate Federasiyasının baş katibi, “KWU-SENSHI” üzrə Azərbaycan nümayəndəsi Qabil Sayadovun rəhbərliyi ilə iştirak edir.

Hazırda təlim-məşq toplanışı və yarışlar davam edir. Milli komandamızın qarşıdakı günlərdə daha bir sıra uğurlara imza atacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Karate Federasiyasının “KWU-SENSHI” Birliyi üzrə rəhbəri Ramin Əsədovdur.
 

Son xəbərlər
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
DAHA ÇOX

Ən çox oxunanlar