Digər
EYOF-da iştirak edəcək idmançılarımız Skopyeyə yola düşdülər

18.07.2025 | 17:40
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalinda (EYOF) iştirak edəcək Azərbaycan idmançıları və nümayəndə heyəti Şimali Makedoniyaya yola düşüb.
Bu barədə Sports.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək. Yarış iyulun 20-dən 26-dək iki ölkədə - Şimali Makedoniya və Xorvatiyada təşkil ediləcək.
Son xəbərlər





























