Ölkə çempionatının püşkatma mərasimi keçirildi

Ölkə çempionatının püşkatma mərasimi keçirildi

İyulun 21–25-də keçiriləcək çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimi keçirilib.

Sports.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının icraçı direktoru Vüqar Hüseynzadə, çimərlik voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə və klubların nümayəndələri iştirak ediblər.

Vüqar Hüseynzadə ölkə çempionatında iştirak edən komandalara uğurlar arzulayıb.

Daha sonra Orxan Hüseynzadə yarışın qaydaları barədə ətraflı məlumat verib. O qeyd edib ki, çempionat Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən klublararası Avropa çempionatının qaydalarına uyğun təşkil olunacaq. Yarışın qalibi olan komanda klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq. O, həmçinin xatırladıb ki, ötən mövsüm klublararası Avropa çempionatında ölkəmizi təmsil edən “Azərreyl”in qadın və kişi komandaları çempion olub.

Ölkə birinciliyində 12 qadın və 11 kişi klubu iştirak edəcək. Reqlamentə əsasən, hər klub yarışa iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatıla bilər.

Azərbaycan çempionatında iştirak edəcək komandalar:

Qadınlar: “Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Gəncə-1”, “Gəncə-2”, “Milli Aviasiya Akademiyası-1”, “Milli Aviasiya Akademiyası-2”, “Milli-1”, “Milli-2”, “Milli-3”

Kişilər: “Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Murov Az Terminal-1”, “Murov Az Terminal-2”, “Murov Az Terminal-3”, “Murov Az Terminal-4”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Xilasedici-1”, “Xilasedici-2”.

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı
Oyun proqramı

21 iyul

Qadınlar
9:00. “Milli Aviasiya Akademiyası-2” - “Gəncə-2” (1-ci meydança)
10:00. “Milli-3” - “Milli-2” (1-ci meydança)
12:00. “Milli Aviasiya Akademiyası-1” - “Xarı Bülbül-1” (1-ci meydança)
15:30. “Xarı Bülbül-2” - “Azərreyl-3” (1-ci meydança)

Kişilər
9:00. “Murov Az Terminal-4” - “Xilasedici-1” (2-ci meydança)
10:00. “Xarı Bülbül-2” - “Azərreyl-2” (2-ci meydança)
11:00. “Azərreyl-3” - “Murov Az Terminal-3” (2-ci meydança)

Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.

Son xəbərlər
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar