Əlvida, idman jurnalistlərinin dayısı... 

Əlvida, idman jurnalistlərinin dayısı... 

Onunla ilk tanışlığım 2005-ci ilin yanvarın 19-u "Pünik"lə oyundan sonra oldu. Qələbədən sonra komandamızın qaldığı "Kosmos" mehmanxanasına gəldik. Foyeyə girəndə gördük dava düşüb,  "Pünik"in üzvləri meydandan sonra burda da yaxşıca paylarını alıblar. O zaman 22 yaşı olan Rəşad Sadıqovu dəstəkləmək üçün Moskvaya gəlmiş dostu Emin xüsusi fəallıq göstərmişdi. Sonradan bildim ki, o şəxsən tanıdığım gözəl insan Nurəddin dayının oğludu. 

...Amma öncə otelə girəndə davadan xəbərim yox idi və Ramin Musayevin zəngin leksikonundakı bütün söyüşləri işə salaraq ermənilərin üstünə şığıdığını görüb, onu tutdum. Dedim, müəllim, fikir verməyin, uduzublar, aranı qatmaq istəyirlər, səbrli olun. Bu hadisə Musayevin vərənpərvərliyini, qorxmazlığını və mərdliyini göstərirdi.

Bir il sonra "Neftçi" "Birlik kuboku"nu qazandı, sevinc içində "ağ-qara" şərf və üçrəngli bayrağımızla rəhmətlik dostum Ədalətin BMW X5-inin ön qapısından çıxıb bu dəfə komandamızın qaldığı "İzmaylovo" mehmanxana kompleksinədək "Neftçi"nin avtobusunu müşaiyət etdik. Hava soyuq idi. Ramin müəlim tez-tez avtobusdan "Bajoğlu, gir içəri, xəstələnəjən" qışqırırdı. Burda Musayevin qayğıkeşliyini gördüm.

Yuxarıların qadağasına baxmayaraq, PFL-in onun tapşırığı ilə yalnız 1 nəfər çox imkansız, qaçqın idman jurnalistinə reklam verdiyini öyrəndim. Bu, Musayevin insanlığını göstərirdi.

...Jurnalist dostlarımızdan birinin evində xeyir-iş idi. Ramin müəllim toydan sonra həmkarlarımızı yığıb qonaqlığa apardı. Rəhmətlik Elnur Əşrəfoğlu da orda idi. Onunla zarafatları vardı. Musayevin səxavətli və şən adam olduğunu orda gördüm.

Bir dəfə də jurnalist dostlarımızın birinin evində yas düşmüşdü. Nüfuzlu futbol adamları ilə jurnalistlər bir masada əyləşəsi oldu. Ramin müəllim jurnalistlərin yanında ürəyini açıb futbol elitasındakı narazılıqlardan danışmağa başladı. Musayevin səmimiyyətini onda gördüm.

...Qəbələdən PFL-in təşkil etdiyi avtobusla həmkarlarla hansısa oyundan gəlirdik. Yolda düşüb Sürət Hüseynov demişkən "bir kısmat çörəh" yeyəndə, gördük, Ramin müəllim də gəldi. Jurnalistlərin şəninə sağlıq deyib, araq vurub, getdi. Musayevin mediaya hörmətini onda gördüm.

Yaddaşımı qurdalasam, bəlkə, başqa nələrisə də xatırlayaram. Amma yuxarıda dediklərim kifayət edir ki, Ramin Musayevin klassik məmur obrazından çox uzaq olduğunu anlayasan. 

Onun Azərbaycan futboluna ən böyük xidməti keçmiş idman jurnalistləri Aslan Şahgəldiyev, Elgiz Abbasov və ümumiyyətlə, bütün PFL kollektivini bir araya toplaya bilməsidi. Əsasən gənc, amma artıq yetərincə təcrübəli və peşəkar kadrlardan, yaxşı insanlardan ibarət bu komanda futbolumuzda nadir müsbət məqamlardandı. PFL-in ideal təşkilatçılığı, gördüyü iş, nə qədər təzadlı səslənsə də, Azərbaycan futbolunun ümumi səviyyəsindən çox yüksəkdir. Kaş Ramin Musayevin gedişi ilə bu kollektivə zərbə dəyməyə və vicdanla gördükləri işlərinə davam edələr...

Heç bir iş əbədi deyil. Əsas məsələ can sağlığıdı. Əlvida, jurnalistlərin dayısı...

Son xəbərlər
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
DAHA ÇOX

Ən çox oxunanlar