İki güləşçimiz dünya çempionatının finalında

İki güləşçimiz dünya çempionatının finalında

Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib.

Abdurrahman Hüseynli (45 kq) amerikalı Tales Silvayla (6:3) gürcüstanlı Saba Abaşidzeni (9:6) mübarizədən kənarlaşdırıb. Avropa çempionumuz yarımfinalda qırğızıstanlı Nurkerim Kumarbekovla bacarmayıb – 0:7. Abdurrahman sabah bürünc medal uğrunda Mustafa Güvən (Türkiyə) – Timur Məhərrəmov (Ukrayna) görüşünün qalibiylə güləşəcək.

Hikmət Haqverdiyev (51 kq) debütdə rumıniyalı Andrey Pelean üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz daha sonra norveçli Abu Bakar Saqaya şans tanımayıb –  9:2. Hikmət yarımfinalda qırğızıstanlı İslam Kurbanovla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılıb – 4:3. Haqverdiyevin finalda rəqibi özbəkistanlı Otabek Tursunov olacaq.

Əli Nəzərov (60 kq) ilk mərhələdə gücünü xorvatiyalı Roko Kuriçə göstərib – 5:1. Güləşçimiz gürcüstanlı Lazare Qoqotişvili (10:1) və özbəkistanlı Humoyun Erkinovu (9:0) isə vaxtından əvvəl xalçadan məyus yola salıb. Əli yarımfinalda iranlı Əbülfəzl Eşağini ilk xal prinsipinə əsasən (1:1) üstələyib. Nəzərov sabah qızıl medal uğrunda qırğızıstanlı Amangəldi Ysakbayevlə mübarizə aparacaq.

Yusif Əhmədli (71 kq) startda türkiyəli Emirhan Çakıra tam üstünlüklə (8:0) qalib gəlib. Pəhləvanımız gürcüstanlı Giorgi Qoqelaşviliylə (7:2) tacikistanlı Alişer Ruzimadovu (9:5) da mübarizədən kənarlaşdırıb. Yusif finala çıxmağa da yaxın olub. Özbəkistanlı Bəhruzbek Vəliyevlə görüşdə 5 xallıq fərqlə önə keçən Əhmədli ikinci hissədə təşəbbüsü əldən verərək məğlub olub – 5:9. Milli üzvünün bürünc medal uğrunda görüşdə rəqibi Mohammad Kazımi (İran), Matias Onnenlehto (Finlandiya) və ya Radoslav Peryanski (Bolqarıstan) olacaq.

Səid Paşayev (92 kq) 1/8 finalda iranlı Amirsam Mohammadiyə 1:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Paşayev sabah təsəlliverici görüşə çıxacaq. Həmyerlimiz moldovalı Vladislav Vasilevskiylə üz-üzə gələcək.

Son xəbərlər
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
DAHA ÇOX

Ən çox oxunanlar