Hüseyn İsmayılov yenidən dünya çempionatının finalında

Hüseyn İsmayılov yenidən dünya çempionatının finalında

Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə start verib.

Rəvan Həsənzadə (48 kq) belaruslu Makar Markoviçi vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 12:0. Həmyerlimiz özbəkistanlı Cahangir Tulkunovla gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılıb – 4:2. Rəvan yarımfinalda amerikalı Ariah Millsə 2:7 hesabıyla məğlub olub. Həsənzadə sabah bürünc medal uğrunda Giorgi Narimanidze (Gürcüstan) – İslam Rabadanov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Ruslan Əlizadə (55 kq) həm moldovalı Dan Bulqaru, həm də kanadalı Aaharen Piranavan üzərində 10:0 hesablı qələbə qazanıb. Güləşçimiz 1/4 finalda rusiyalı Çingis Sarıqlarla üz-üzə gəlib. Ruslan 6:1 hesablı üstünlük əldə etsə də, təşəbbüsü əldən verib və yekunda minimal fərqlə (8:9) xalçanı məyus tərk edib.

Hüseyn İsmayılov (65 kq) əvvəlcə kanadalı Liam Qortonu üstələyib – 4:2. Gəncə güləş məktəbinin yetirməsi 1/8 finalda yunanıstanlı Konstantinos Mixailidisə heç bir şans tanımayıb – 11:0. İsmayılov daha sonra qırğızıstanlı Adisbek Altınbekovu çətinliklə də olsa, yolundan kənarlaşdırıb – 2:1. Hüseyn yarımfinalda isə qazaxıstanlı Yerali Askerbekdən güclü olub – 3:1. Milli üzvü sabah finalda amerikalı Arseni Kikinyovla güləşəcək.

Nihad Süleymanlı (80 kq) debütdə ermənistanlı Vaçe Aslanyan üzərində inamlı qələbəyə sevinib – 7:1. Süleymanlı 1/4 finala çıxmağa da yaxın olub. Ancaq sona 3 saniyə qalmış qələbəni əldən verən Nihad rusiyalı İssa Zanqiyevə 5:7 hesabıyla məğlub olub.

Hakim Tağıyev (110 kq) debütdə belaruslu Mikita Tkaçiki vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Pəhləvanımız amerikalı Aleksander Teylora da gücünü göstərib – 7:6. Tağıyev 1/4 finalda rusiyalı Avropa çempionu Maqomedrasul Omarovla bacarmayıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Hakim sabah təsəlliverici görüşə çıxacaq. Onun rəqibi ya Laert Movsesyan (Ermənistan), ya da Yu Çuanq (Çin Taypeyi) olacaq.

Son xəbərlər
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
“Zirə” “Şamaxı”ya uduzdu - YENİLƏNİR
Luis Enrikedən Safonov haqda yeni açıqlama
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
MLS Salahı qəbul etməyə hazırdır
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu
“Real” ulduzuna tələb irəli sürdü
Günün oyunları – TV
İnyesta Pedri haqda qənaətini açıqladı
Qullit “Real”ın ən yaxşı oyunçusu ilə bağlı qənaətini açıqladı
Modriç A Seriyası haqda qənatini açıqladı
Del Pyero “Yuventus”un özünəməxsusluğunu açıqladı
“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı
“Bayern” “Kristal Pelas”ın kapitanı ilə bağlı fəaliyyətə keçdi
Salah Səudiyyə Ərəbistanından təklif aldı
Uruqvay yığması Arauxoya dsətəyini nümayiş etdirdi
“Jirona”dan əzmkar qələbə
“Leççe”yə bir qol bəs etdi
“Nant” darmadağına üzüldü
“Union Berlin”dən inamlı qələbə
İlk oyunda heç-heçə
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
DAHA ÇOX

Ən çox oxunanlar