Digər
AVF rəsmisi beynəlxalq oyuna təyinat aldı

15.08.2025 | 15:20
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.
Sports.az xəbər verir ki, Frişman kişi voleybolçular arasında 2026 Avropa Çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.
O, avqustun 16-da İsveçrədə baş tutacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Son xəbərlər





























