Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olundu

Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olundu

Bu gün Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr idarəsinin müdiri Anar Bağırov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF prezidentinin müşaviri Natiq Bağırov iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu dəstəyə görə BCF prezidenti Marius Vizerə, BCF Akademiyasının rəhbərliyinə, eləcə də proqramın yerli dəstəkçiləri və ekspertlərinə təşəkkürünü bildirib. Təhsil sahəsində fəaliyyətin ACF-nin ümumi strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və növbəti ildən etibarən daha çox beynəlxalq iştirakçıların qəbuluna şərait yaradılacağını qeyd edib. Yekunda Rəşad Rəsullu iştirakçılara sabahkı imtahanlarda uğurlar arzulayıb.

BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərin yaradılan imkanlardan maksimum yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə inamını ifadə edib. O, həmçinin iştirakçıların hamısının bu gün keçirilən kata imtahanını müvəffəqiyyətlə başa vurduğunu bildirib.

Yekunda proqrama qatılan məşqçilərə iştirakçı sertifikatları təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə 5-ci dəfə baş tutan proqrama Azərbaycanla yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb. İndiyə qədər isə sözügedən proqrama 245 yerli məşqçi təhsil prosesinə cəlb edilib. Onlardan 168 nəfər imtahanları uğurla başa vuraraq beynəlxalq məşqçilik diplomunu əldə ediblər.
 

Son xəbərlər
“Qəbələ”dən növbəti transfer
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirdi
“Real”ın klub televiziyası İspaniyadakı hakimləri yenə tənqid etdi
Dieqo Simeone müasir futbolun ən yaxşı futbolçusunu açıqladı
Qvardiola həyəcan içindədir
Vardi “Kremoneze”yə keçidini şərh etdi
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir
“Əl-Hilal” ÇSKA-nın təklifini rədd etdi
İsak “Liverpul”la məşqə qatıldı
“Spartak” avqust ayının ən yaxşı oyunçusunu açıqladı
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi
“Ronaldo Messi ilə bir səviyyədə ola bilməz” - Kapello
Alfonso Dominqes DÇ-nin yarımfinalında
“Neftçi” Şeydayevlə vidalaşdı
Millimiz Gürcüstan yığmasına qalib gəldi
Marmuş Mançester derbisini buraxacaq
Rüfət Əhmədov “Qəbələ”də
ACF-dən Bakıda ne-vaza üzrə seminar
“Beşiktaş”dan yeni transfer
Millimiz Vyetnama qalib gəldi
“Karvan-Yevlax”da iki ayrılıq
Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəldi
Tuxel İngiltərə millisinin tarixinə düşdü
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirdi
Kazımova beynəlxalq yarışa təyinat aldı
“Quba” daha bir legioner transferini reallaşdırdı
Əvəzedicilərin yarışında 4-cü turun təyinatları açıqlandı
1-ci Liqada ilk turun təyinatları açıqlandı
Millimiz Moldovada yoxlama oyunları keçirəcək
DAHA ÇOX

Ən çox oxunanlar