Messini təhdid edən meksikalı boksçu üzr istədi

Messini təhdid edən meksikalı boksçu üzr istədi

Meksikalı peşəkar boksçu, mütləq dünya çempionu Saul Alvares Argentina millisinin futbolçusu Lionel Messidən ünvanına söylədiyi sözlərə görə üzr istəyib.

Sports.az xəbər verir ki, idmançı bununla bağlı “İnstagram” hesabında paylaşım edib.

O, vətənimə olan sevgisi üzündən özündə olmadığını və yersiz ifadələr işlətdiyini bildirib: "Buna görə də Messi və Argentina xalqından üzr istəyirəm. Hər gün yeni bir şey öyrənirik, bu dəfə növbə məndə idi".

Xatırladaq ki, Messi Qətərdə keçirilən dünya çempionatında Meksika ilə matçdan (2:0) sonra rəqib futbolçulardan biri ilə formasını dəyişib. Daha sonra Argentina millisinin paltardəyişmə otağından 35 yaşlı forvardın həmin köynəyi yerə atması, daha sonra onu ayağı ilə kənara itələməsini əks etdirən video yayılıb. Bu görüntülər Saul Alvaresi qəzəbləndirib. Messinin Meksika millisinin forması və ölkə bayrağı ilə döşəməni sildiyini iddia edən boksçu futbolçunu təhdid edib. İdmançı bildirib ki, Messi onunla qarşılaşmamaq üçün Tanrıya dua etməlidir.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar