Digər
AÇ: Millimiz ilk oyunda məğlub oldu

20.08.2025 | 17:20
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.
Sports.az xəbər verir ki, yığmamız İsveç seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 87:54.
Azərbaycan millisi avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq ilə qarşılaşacaq.
Son xəbərlər





























