AAF rəhbərliyi Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşdü

AAF rəhbərliyi Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşdü

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani ölkəmizə səfəri çərçivəsində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudovla görüşüb.

Sports.az xəbər verir ki, AAF rəhbərliyi ilə birgə milli komandalarımızın təlim-məşq bazasına gələn Astrit Hasani burada idmançılar üçün yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, təlim-məşq bazasında atletlərin yerləşməsi, qidalanması, reabilitasiyası və hazırlıq keçməsi üçün bütün zəruri şərait yaradılıb. Söhbət zamanı yaxın günlərdə Bakıda keçirilməsi planlaşıdırılan beynəlxalq məşqçi seminarının təşkili məsələləri müzakirə edilib. Seminarda əcnəbi məşqçilərlə yanaşı antidopinq sahəsi üzrə mütəxəssislərin də iştirakı nəzərdə tutulub. Eyni zamanda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Ağırlıqqaldırma mərkəzi statusuna sahib olan Azərbaycanda digər mötəbər tədbirlərin təşkili perspektivlərindən də danışılıb. Daha sonra rəsmi qonağa Şüvəlanda yerləşən Ağırlıqqaldırma mərkəzi haqqında, həmçinin burada keçirilmiş beynəlxalq və ölkə miqyaslı yarışlar barədə məlumat verilib.

Qeyd olunub ki, mərkəzdə irimiqyaslı yarışlarla yanaşı, seminar və təlimlərin təşkili üçün hər bir şərait yaradılıb. Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani mövcud infrastrukturun idmanın inkişafı üçün önəmli olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük dəstəyin göstərilməsi nümunəvi addımdır. Görüş zamanı Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani, Kamran Nəbizadə və Firdovsi Umudova federasiyanın xatirə medallarını verib. Kamran Nəbizadə öz növbəsində milli ornamentlərimizlə bəzədilmiş xüsusi hədiyyəni AAF adından Astrit Hasaniyə təqdim edib.

Son xəbərlər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
DAHA ÇOX

Ən çox oxunanlar