Ayxan Cavadov dünya çempionatının finalında!

Ayxan Cavadov dünya çempionatının finalında!

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın beşinci günündə 2 yunan-Roma, 1 qadın güləşçimiz mübarizəyə qoşulub.

Ayxan Cavadov (60 kq) misirli Ahmed Şabana və polşalı Qrasyan Jeduta 9:0 hesabıyla qalib gəldikdən sonra türkiyəli Ömər Altaş üzərində inamlı qələbə qazanıb – 8:3. Ayxan yarımfinalda isə gürcüstanlı Vaxtanq Loluanı “tuş”la xalçadan məyus yola salıb. Cavadov sabah finalda ermənistanlı Yurik Mxitaryanla güləşəcək.

Elmin Əliyev (82 kq) ukraynalı Kirilo Şnirovu 11:4 hesabıyla mübarizədən kənarlaşdırsa da, 1/8 finalda rusiyalı Avropa və dünya çempionu Mixail Şkarinlə bacarmayıb – 0:8. Rəqib finaladək irəlilədiyi üçün Elmin sabah təsəlliverici görüşə çıxacaq.

Zəhra Kərimzadə (72 kq) 1/8 finalda çinli Yuqi Liuya məğlub olub – 0:10. Rəqib finala yüksəldiyi üçün Zəhra sabah təsəlliverici görüşə çıxacaq.

Son xəbərlər
“Ordu” “Neftçi”yə qalib gəldi
“Araz-Naxçıvan” liderə qalib gəldi
“Frayburq”un qapıçısı A Seriyasına keçə bilər
AFFA Lənkəran təmsilçisinin şikayətini təmin etmədi
Millimiz FIFA reytinqində ili 74-cü pillədə başa vurdu
Serxio Ramos İngiltərə Premyer Liqasında peyda ola bilər
“Səbail”dən darmadağın
Əvəzedicilərin yarışında 14-cü turun təyinatları açıqlandı
Nəhənglər “Lill”in yarımmüdafiəçisini satın almaq istəyirlər
Turun ilk oyununda “Quba” sevindi
Təxirə salınan oyun 2026-cı ildə keçiriləcək
Hücumçusu “Milan”dan ayrılmaq fikrində deyil
"Turan Tovuz" - "Sabah" oyununun biletləri satışda!
Millimiz Xorvatiya, Çexiya və Gürcüstan yığması ilə qarşılaşacaq
“Liverpul” “Qalatasaray”ın müdafiəçisi ilə maraqlanır
“Ayaks” Bakıdakı oyunda ilkə imza atıb
“Qarabağ” – “Araz-Naxçıvan” maçtının hakimləri müəyyənləşdi
Millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq
Zirkze İtaliyaya yollanmaq istəmir
ÇL: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılar sırasında
Millimizin rəqibləri müəyyənləşdi
“Sabah”ın sabiq baş məşqçisi Rusiya klubunda
“Əl-Nəsr” “Liverpul”un ulduzuna iddialıdır
Braziliyalı hücumçudan “Arsenal”da rekord
“Qarabağ” dünya reytinqində üç pillə geriləyib
Bu gün 6-cı turun daha üç oyunu baş tutacaq
Balotelli intizardadır
Azərbaycanın 3 boksçusu DÇ-nin yarımfinalında
Konfrans Liqasının Liqa mərhələsində 5-ci turun oyunları keçiriləcək
Avropa Liqasının əsas mərhələsinin 6-cı turunun oyunları keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar