Digər
“Neftçi” amerikalı basketbolçu transfer etdi

22.08.2025 | 20:10
“Neftçi” klubu amerikalı basketbolçu ilə heyətini gücləndirib.
Bu barədə Sports.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Camal Bey yeni mövsümdə “Neftçi”nin uğurları üçün çalışacaq. Onunla 1 illik müqavilə imzalanıb.
2001-ci il təvəllüdlü, 1.98 metr boya malik idmançı kollec karyerasını ABŞ-də "Washington Huskies" (NCAA) komandasında keçirib. O, son mövsümü isə NBA G Liqasında – Nyu-Yorkun "Westchester Knicks" klubunda çıxış etməklə başa vurub.
Son xəbərlər