“Gənclərimiz böyük perspektiv vəd edir” - Arif Abdullayev

“Gənclərimiz böyük perspektiv vəd edir” - Arif Abdullayev

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında 3 medal qazanan sərbəst güləş üzrə milli vətənə qayıdıb.

Sports.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Arif Abdullayev, böyük məşqçi:

“Dünya çempionatında 3 bürünc medal qazandıq, bir idmançımız da 5-ci yeri tutdu. 71 xal toplayaraq, komanda hesabında dünya 4-cüsü olduq. Avropa ölkələri arasında ən yaxşı nəticəni göstərdik. Bundan da yaxşı nəticə əldə edə bilərdik. Yusif Dursunov iranlı güləşçiyə sonuncu xal prinsipinə görə məğlub oldu. Əsas ümidlərimiz böyük arasında Avropa mükafatçısı olmuş Ağanəzər Novruzova idi, Ancaq nəticə gözlədiyimiz kimi olmadı. Bəzi idmançılarımız fərdi səhvlərə görə məğlub oldular. Ümumi götürəndə nəticə qənaətbəxşdir. Gənclərimiz böyük perspektiv vəd edir. Bu səhvləri aradan qaldırsalar, böyük nəticələr əldə etməyə qadir olacaqlar.

Vasif Bağırov, dünya üçüncüsü:

“Yarış çox yaxşı keçdi. Çempion olmağa getmişdim. Bürünc medal qismət oldu. Yarımfinalda hindistanlı rəqibimə qarşı düzgün güləş taktikası qura bilmədiyim üçün uduzdum. İnşallah, qarşıdan gələn yarışlarda uğurla iştirak edərəm. Vətənimi layiqincə təmsil edərəm. Qarşıdan böyüklərin ölkə çempionatı gəlir. Əlimdən gələni edib, çempion olmağa çalışacağam”.

Yusif Dursunov, dünya üçüncüsü:

“Bolqarıstana çempionluq üçün getmişdim. Təəssüf ki, yarımfinalda iranlı rəqibimə sonuncu xal prinsipinə görə məğlub oldum. Görüşlərimi yaxşı təhlil etmişdi. Güləş üslubumu bilirdi. Dünya çempionatında III yer də yaxşı nəticədir. Səhvlərim üzərində işləyib, gələcəkdə daha yüksək nəticələr göstərəcəyimə inanıram”.

Nurlan Ağazadə, dünya üçüncüsü:

“Karyeramda ilk dəfə belə nüfuzlu yarışda iştirak etsəm də, hədəfim qızıl medal idi. Yarımfinalda sırf təcrübəsizliyimə görə moldavalı idmançıya məğlub oldum. Müəyyən qədər həyəcan da sözünü dedi. Bir qədər də dözümlülük çatmadı. Amma ruhdan düşmədim. Gürcü güləşçiyə qalib gələrək bürünc medal qazandım. Bu nəticəni üzərimdə ən çox əziyyəti olan insana – atama həsr edirəm. Şəxsi məşqçim Əşrəf Əliyevə, böyük məşqçimiz Arif Abdullayevə, eləcə də Rövşən Hacıyev və Nazim Əlicanova, Niyazi və Vüsal müəllimə təşəkkürümü bildirirəm”.

Son xəbərlər
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
DAHA ÇOX

Ən çox oxunanlar