Digər
Zeynalovdan beynəlxalq qran-pridə qızıl medal

28.08.2025 | 18:40
Azərbaycanlı paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən beynəlxalq qran-pridə qızıl medal qazanıb.
Sports.az xəbər verir ki, təmsilçimiz 10 metr məsafədən (P1) atəş açmada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, turnirdə ümumilikdə 236.9 xalla birinci yeri tutub.
Son xəbərlər





























