Digər
Millimiz Dünya Qadın Seriyasının final mərhələsində iştirak edəcək

31.08.2025 | 11:30
Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasında 2025 mövsümünün final mərhələsində iştirak edəcək.
Sports.az xəbər verir ki, həlledici mərhələ sentyabrın 13-14-də Çinin Şanxay şəhərində baş tutacaq.
Final mərhələsində mövsümün reytinq xallarına əsasən ən yaxşı nəticə göstərmiş 7 komanda ilə yanaşı, ev sahibi Çin yığması da mübarizə aparacaq.
Son xəbərlər





























