Digər
Bakıdakı beynəlxalq turnirdə bu gün daha iki oyun keçiriləcək

31.08.2025 | 12:00
Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə ənənəvi beynəlxalq turnirdə bu gün daha iki oyun keçiriləcək.
Sports.az xəbər verir ki, saat 12:00-da OKMK (Özbəkistan) və "Astana" (Qazaxıstan) komandaları qarşılaşacaqlar.
İki saat sonra isə Qazaxıstan millisi "Qarabağ" (Azərbaycan) kollektivi ilə üz-üzə gələcək.
Üç ölkədən altı komandanın qatıldığı yarışa sentyabrın 3-də yekun vurulacaq.
Son xəbərlər





























