Digər
Millimiz MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək

01.09.2025 | 17:45
Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi 3-cü MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək.
Sports.az xəbər verir ki, komanda bu məqsədlə Tiflis şəhərinə yola düşüb.
Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.
Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.
Son xəbərlər





























