Digər
“Lənkəran” heyətini amerikalı oyunçu ilə gücləndirdi

06.09.2025 | 17:20
"Lənkəran" basketbol klubu heyətini amerikalı oyunçu ilə gücləndirib.
Bu barədə Sports.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
24 yaşlı Teron Montqomery mövsümün sonuna kimi komandamızın Lənkəran komandasının formasını geyinəcək. Hücumçu 203 sm boya malikdir. Teronun sonuncu klubu Kosta Rika təmsilçisi "ARBA Koyotes" olub.
Qeyd edək ki, "Lənkəran" daha əvvəl amerikalı Raşed Dayson və Aydın İbrahimovu da heyətinə cəlb edib.
Son xəbərlər





























