Digər
Azərbaycan boksçularından Qazaxıstanda 2 medal

06.09.2025 | 17:40
Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar.
Bu barədə Sports.az-a Boks Federasiyasından məlumat verilib.
Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışda Məhəmməd Aşırəliyev (60 kq) və Ruslan Rüstəmov (65 kq) fəxri kürsüyə yüksəliblər. Hər iki boksçu bürünc medal qazanıb.
Son xəbərlər





























