Azərbaycan futbolu
Tovuz şəhər stadionu oktyabrda “Turan Tovuz"un ixtiyarına veriləcək

16.09.2025 | 18:20
Tovuz şəhər stadionunun oktyabrın sonunadək "Turan Tovuz"un ixtiyarına verilməsi nəzərdə tutulub.
Bu barədə Sports.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir. Drenaj və suvarma sistemi quraşdırılan meydana toxum əkilib.
Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb.
Son xəbərlər





























