Hacıyev “Qarabağ”ın U-19 komandasının 1:7 hesablı məğlubiyyətini şərh etdi

Hacıyev “Qarabağ”ın U-19 komandasının 1:7 hesablı məğlubiyyətini şərh etdi

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb. Lissabonda “Benfika” U-19 komandasına qarşı matçda Azərbaycan təmsilçisi 1:7 hesabı ilə uduzub.

Sports.az xəbər verir ki, “Qarabağ” akademiyasının koordinatoru Aftandil Hacıyev Portuqaliyadakı qarşılaşma haqda fikirlərini klubun saytına açıqlayıb:

“Oyunu iki fərqli hissəyə bölmək olar. İlk 45 dəqiqədə futbolçularımızda həyəcan daha çox hiss olunurdu. Bu da ilk dəfə belə turnirdə oynamaları ilə bağlı idi. Bu səviyyəli yarışlardakı təcrübədə rəqiblə aramızda fərq hiss olunurdu. Oyuna yaxşı başlaya bilmədik. Öz səhvlərimizdən erkən qollar buraxdıq. Futbolçular start həyəcanını aşa bilmədilər. Fasilədə məşqçilər tərəfindən edilən dəyişikliklər və verilən tapşırıqlar ikinci hissədə özünü göstərdi. Üstünlük yenə rəqibdə olsa da, komandamız daha intizamlı və dəqiq oynamağa çalışdı. “Benfika” böyük hesabla qalib gəlsə də, ikinci hissəni bərabər bitirə bildik. Düşünürəm ki, futbolçular və məşqçilər bu matçdan çox şey qazandı. Belə təcrübələr onlara müsbət təsir edə bilər. Bu səviyyəli görüşlər nə qədər çox olsa, gənc oyunçuların inkişafına daha çox təsir edəcək”.

Aftandil Hacıyev rəqib barədə də fikirlərini bildirib: “Benfika” haqda geniş məlumat toplamağa çalışdıq. Portuqaliya klubu bu yaş qrupunda üç heyətə malikdir. Onların hansı futbolçulara üstünlük verəcəyi matç saatına qədər bəlli deyildi. İspaniyadakı turnirdən yeni qayıtmışdılar. İki gün əvvəl keçirdikləri çempionat qarşılaşmasını da izləmişdik. Heyətlərində dəyişikliklər də var idi. Daha təcrübəli futbolçuları meydana buraxmışdılar. Onlar Gənclər Liqasına çox ciddi yanaşırlar. “Benfika” bir dəfə qazandığı kuboku yenidən əldə etməyi hədəfləyib, çempionluq üçün mübarizə aparır. Belə rəqiblə qarşılaşma gələcəkdə bizə faydalı olacaq. Klubun akademiyasında gördüklərimiz də bizim üçün yaxşı təcrübə oldu. “Benfika” Avropanın ən yaxşı akademiyalarından birinə malikdir. Akademiyada olan şərait, sistem uzun illərdir qurulub”.
 

Son xəbərlər
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar