“Qarabağ”la oyunu izləmək üçün bilet alan bütün azarkeşlərdən üzr istədi

“Qarabağ”la oyunu izləmək üçün bilet alan bütün azarkeşlərdən üzr istədi

"Benfika" klubunun kapitanı Nikolas Otamendi UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a uduzduqları üçün azarkeşlərdən üzr istəyib.

Sports.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi "Qarabağ"a 2:3 hesablı məğlubiyyətə görə tənqidlərə açıq olduqlarını bildirib.

O, hesabda öndə olduqları görüşü məğlub başa vurmağın ağır olduğunu vurğulayıb:

"Düşünürəm ki, məğlubiyyətin səbəbkarları tənqid olunmalıdırlar. Bu tənqid sayəsində harada səhv etdiyimizi müəyyənləşdirə bilərik. Çempionlar Liqasında mövsüm yeni başlayıb. Bizi qarşıda hələ çox qarşılaşma gözləyir. "Qarabağ"la oyunu izləmək üçün bilet alan bütün azarkeşlərdən üzr istəyirəm".

N.Otamendi məğlubiyyəti unudub, qarşıdakı matçlara baxmalı olduqlarını söyləyib:

"İrəli baxmaq məcburiyyətindəyik. Çox çalışıb, növbəti görüşləri qələbə ilə başa vurmalıyıq. Azarkeşlərimizin narahatlığını başa düşürük". 

Qeyd edək ki, Nikolas Otamendi 2022-ci ildə dünya çempionu olan Argentina millisinin heyətində yer alıb. O, 2015-ci ildən 2020-ci ilə qədər İngiltərənin "Mançester Siti" klubunda çıxış edib.

Son xəbərlər
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
DAHA ÇOX

Ən çox oxunanlar