Digər
Azərbaycan atleti DÇ-də yarımfinala yüksələ bilmədi

17.09.2025 | 19:45
Azərbaycan atleti Əlhəm Nağıyev Tokioda keçirilən dünya çempionatında mübarizəni başa vurub.
Bu barədə Sports.az-a Azərbaycan Atletika Federasiyasından bildirilib.
O, 200 metr məsafəyə qaçışda 48-ci yeri tutub. Məsafəni 21.10 saniyəyə qət edən Nağıyev yarımfinala yüksələ bilməyib.
İdmançı seçmə mərhələdə botsvanalı olimpiya çempionu Letsil Teboqo ilə eyni start xəttini paylaşıb.
Son xəbərlər





























