Digər
Bakıda “Avropa Mobillik Həftəsi” çərçivəsində veloyürüş keçirilib

21.09.2025 | 11:40
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Bakıda veloyürüş təşkil olunub.
AzVİF-dən Sports.az-a verilən məlumata görə, "Avropa Mobillik Həftəsi" çərçivəsində keçirlən yürüş Şəhidlər Xiyabanından start götürərək velosiped zolağı boyunca davam edib və Hüseyn Cavid parkında yekunlaşıb.
Tədbirdə 40-a yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib.
Veloyürüşün əsas məqsədi paytaxt sakinləri arasında ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipedin istifadəsini təşviq etmək və ətraf mühitin mühafizəsinə diqqəti artırmaqdır. Yürüşün sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Son xəbərlər





























