“Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır” - Qurbanov

“Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır” - Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxış edib.

Sports.az xəbər verir ki, Qurbanov uğur qazanmaq üçün çox çalışmaq lazım olduğunu deyib:

“Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayrıam. Bəzən onların bundan xoşu gəlmir. Öz futbolçu olduğum illər yadıma düşür və çalışıram ki, onları anlayaraq çox çalışmağı onlara aşılayım”.

Baş məşqçi deyib ki, “Qarabağ”ın qalibiyyəti həm də xalqı sevindirir:

“2009-cu ildə Avroliqada qalib olduğumuz gün Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin gün qalib olmağımız bizi çox sevindirdi. O çempionluq bizim üçün çox keyfiyyətli idi”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, Azərbaycanda sabitlik olmasaydı, nə "Qarabağ", nə də Qurban Qurbanov olacaqdı:

"Bu gün UEFA Çempionlar Liqasında Azərbaycanın uğurundan danışılırsa, məsuliyyət daha da artır. Mən hər zaman azərbaycanlı olaraq ölkəmizi tanıtdığımızı və bunun borcum olduğunu düşünmüşəm. Vətən müharibəsində torpaqlarımızın azad olunması üçün şəhidlər verdik. Bizim etdiyimiz isə xırda uğurdur. Bunu da öz futbolçularıma həmişə bildirirəm".

Qurbanov bildirib ki, Azərbaycanın tanınması üçün sabitlik futbolda da lazımdır:

"Gələcəkdə daha yaxşı uğurlar qazanmaq üçün çalışırıq. Futbol investisiya qoyulması üçün əlverişli sahədir".

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar