Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından Bakıda vebinar

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından Bakıda vebinar

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusunu daşıyan Bakıda qitənin 20-dən artıq ölkəsinin təmsil olunduğu beynəlxalq vebinar təşkil olunub.

Sports.az xəbər veri rki, Beynəlxalq Məşqçi Lisenziyası (ICL), Məşqçilərin Təhsili və İnkişafı Yolları mövzusunda keçirilən və 2025–2028-ci illəri əhatə edən vebinarda 20-dən artıq ölkədən 89 mütəxəssis iştirak edib. Tədbirə Azərbaycandan AAF prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov, qurumun İdarə Heyətinin üzvü Fəxri Mehdiyev, yığmanın məşqçiləri və idmançılar qatılıblar.

Vebinarı giriş sözü ilə Kamran Nəbizadə açıq elan edib. O, beynəlxalq vebinarın əhəmiyyətindən danışıb, Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyaları prezidentlərinin Azərbaycana səfərlərini xatırladıb. Göstərilən etimada görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasaniyə minnətdarlığını bildirən AAF rəhbəri,vebinar iştirakçılarına uğurlar arzulayıb. M.Calud və A.Hasani də tədbir iştirakçılarını salamlayaraq, bu kimi tədbirlərin təşkilində ölkəmizin böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıblar.

Daha sonra qərargahı Bakıda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyasının təntənəli açılışı olub. Bildirilib ki, akademiyanın istifadəyə verilməsi ağırlıqqaldırmanın bütün dünyada təbliği istiqamətində atılan mühüm addımdır.

Qeyd olunub ki, akademiyanın fəaliyyətə başlaması ərəfəsində ağırlıqqaldırmada tarixi uğura imza atılıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən ağırlıqqaldırma dünyanın ən nüfuzlu idman yarışı olan Yay Olimpiya Oyunlarında 10 deyil, 12 çəki dərəcəsində təmsil olunacaq.

Daha sonra vebinarda məşqçi təhsili və təcrübəsinin əsas sahələrini əhatə edən proqram təqdim edilib. Vebinar iştirakçıları, antidopinq, ağırlıqqaldırmada ümumi zədələr, marşal cədvəli və digər mövzularla bağlı hazırlanmış təqdimatlarını nümayiş etdiriblər.

Antidopinq sahəsi üzrə təqdimatla AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib.

Vebinarın sonunda AAF-nin vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Məsləhət Qrupunun üzvü Firdovsi Umudov çıxış edərək tədbir iştirakçılarına təşəkkür edib. O bildirib ki, Azərbaycanda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyası fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

Qeyd edək ki, Bakıda təşkil olunan beynəlxalq vebinara 20-dən artıq ölkənin 89 mütəxəssisi qatılıb. Vebinar iştirakçılarına Avropa Ağırlıqqaldırma Federasiyası tərəfindən sertifikatlar təqdim olunacaq.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar