Azərbaycan futbolu
Millimiz Qazaxıstanla iki yoxlama oyunu keçirəcək

23.09.2025 | 14:40
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
Sports.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, oyunlar oktyabrın 24-də və 27-də keçiriləcək. Hər iki matç Çimkənddəki “Qajımukan Munaytpasov” stadionunda təşkil olunacaq.
İlk oyunun Bakı vaxtı ilə saat 18:00-da, ikinci görüşün isə 13:00-da başlaması planlaşdırılır.
Son xəbərlər





























