“Qubada basketbolu inkişaf etdirmək istəyirik” - Əsgərov

“Qubada basketbolu inkişaf etdirmək istəyirik” - Əsgərov

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, mütəxəssis yeni mövsümə hazırlıqla bağlı danışıb:

"Sentyabrın 10-dan məşqlərə start vermişik. Komanda, demək olar ki, tam komplektləşib. Fiziki və taktiki planda işləyirik. Oktyabrın 2-də ABL-də artıq ilk görüşümüzü keçirəcəyik, rəqib "Sərhədçi"dir. Ona görə bəzi məsələləri tezləşdirmək lazımdır. Oyunçuların fiziki hazırlığı qənaətbəxşdir. Bu gün də yoxlama matçımız var. NTD ilə qarşılaşacağıq. Amma daha bir neçə yoxlama matçı nəzərdə tutulub. Taktiki hazırlıqlar da gedir. Vaxt azdır. Bu müddət ərzində bəzi məsələləri ümumiləşdirib, komandaya tətbiq etmək lazımdır. Pis komanda təsiri bağışlamırıq. Durum haqda nəsə demək tezdir. Sentyabrın sonlarına yaxın komandanın konturları müəyyən olunacaq".

O, Levan Qoqaladzenin komandada qalmasını məqsədəuyğun hesab edib:

"Komandanın heyətini saxlayıb, bir neçə il ərzində oyunçular birlikdə oynatsaq, bu da daha məqsədəuyğun olardı. O zaman oyunçular bir-birini daha yaxşı tanıyardı. Oyun sisteminə də uyğunlaşardılar. Hər il yenidən nəsə tətbiq etmək məcburiyyətində qalmazdıq. Amma reallıq budur. Levan Qoqaladze bizə hər zaman kömək edib. Həm də, fiziki məşqlərdə məsləhətçi kimi onun xidmətindən istifadə edirik. Təcrübəli oyunçudur. Dördüncü mövsümdür ki, bizimlədir. Qoqaladzenin komandada qalması məqsədəuyğundur. Kaş ki, ötən mövsüm heyətdə olanlardan bir neçəsini də komandada saxlamaq imkanımız olardı. Məsələn, Davonte Kraven, Kameron Consu nəzərdə tuturam. Çox yaxşı oyunçular idi. Amma onların da öz planları var, məcbur edə bilməzdik. Hər halda, hazırkı heyətimiz də komplektləşib və bütün oyunçularıma, komandama inanıram".

Baş məşqçi cari mövsüm əsas məqsədlərinin ilk "8-lik"də yer almaq olduğunu vurğulayıb:

"Qışda və ya ondan sonra müəyyən oyunçuları komandaya cəlb edə bilərik. Amma indi imkan daxilində heyəti formalaşdırmağı bacarmışıq. Əsas məqsədimiz ilk iki dövrəni uğurla başa vurub, B divizionunda yüksək yerlərə çıxmaqdır. Ondan sonra isə niyə də daha uğurlu nəticə üçün çıxış etməyək? Ümumilikdə əsas məqsədimiz ilk "8-lik"də qalmaq və yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Ötən il də pley-offun ilk oyununda çoxlarının bizə inanmamasına baxmayaraq, təsadüf nəticəsində uduzduq. İlk matçı "overtaym"da məğlub olduq. İkinci görüşdə isə mübahisəli qərarlar oldu, oyunun sonunda matçı əldən verdik. Hər halda, bizim də iddialarımız var. Çempionat ərzində hər şey görünəcək. Oyunçularımızın hazırlığının buna nə dərəcədə imkan verəcəyini zaman göstərəcək. Onlara inanıram".

O, ev oyunlarında yerli azarkeşlərdən dəstək gözlədiyini bildirib:

"Qubada basketbolu inkişaf etdirmək istəyirik. Uşaq basketbolu ilə bağlı bir qədər həvəs olsa, müəyyən işlər görmək mümkündür. Hər halda, yaxşı komandamız var və inanırıq ki, dəstək də olacaq. Azarkeş də böyük dəstəkdir. Qubalı basketbol və idman həvəskarlarından, idman ictimaiyyətindən xahiş edirəm ki, bizi ən azı ev oyunlarımızda dəstəkləsinlər. Biz də Qubamızın adını yüksəklərə qaldıraq. Onların oyunlarda bizə dəstək olmasından çox şey asılıdır. Qubalı valideynlərdən də xahiş edirəm ki, uşaqlarını basketbol məşqlərinə yazdırsınlar, matçlara gətirsinlər. Gözəl Şimal rayonumuzun fiziki cəhətdən çox sağlam əhalisi var. Uşaqlar da basketbola maraq göstərirlər. Təbii ki, əksər uşaqların basketbolla məşğul olması da gözəl olardı. Ümid edirəm ki, qələbələrimizlə onları sevindirəcəyik. Ümidli və pozitivik. Yeni mövsümə ən yaxşı şəkildə hazırlaşırıq ki, Quba azarkeşlərini sevindirək".

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar