Digər
Azərbaycan klubu Avropa Kubokunda ilk oyununa çıxır

24.09.2025 | 11:15
Azərbaycanın "Abşeron Lions" basketbol komandası Avropa Kubokunda ilk oyununa bu gün çıxacaq.
Sports.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv 1-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi "Anortosis" ilə üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.
Son xəbərlər





























