MPK Nəsibovun AÇ-yə buraxılmamasına münasibət bildirdi

MPK Nəsibovun AÇ-yə buraxılmamasına münasibət bildirdi

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) paracüdoçu İlkin Nəsibovun Avropa çempionatına buraxılmamasına münasibət bildirib.

Sports.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

MPK bildirib ki, paralimpiya idman növlərində çıxış etmək istəyən hər idmançının həmin paraidman növünün tibbi təsnifatından keçməsi zəruridir:

"Tibbi təsnifat təbii proses hesab olunur və bu, yalnız Azərbaycan idmançılarına deyil, bütün iştirakçılara şamil edilir. Gürcüstanda keçirilmiş Avropa çempionatından əvvəl dörd idmançımız tibbi təsnifatda iştirak edib. Ölkəmizi qitə çempionatında ümumilikdə 8 paracüdoçu təmsil edib. Tibbi təsnifatdan keçmiş üç idmançımız daxil olmaqla, 2 gənc idmançımız ilk dəfə beynəlxalq arenada tatamiyə çıxıb. Paracüdoçumuz İlham Zəkiyev qızıl medal qazanaraq Tiflisdə himnizi səsləndirib, Dürsədəf Kərimova isə gümüş medala yiyələnib. Yalnız 2005-ci il təvəllüdlü İlkin Nəsibovun gözündə görmə əlilliyinin paracüdonun J2 kateqoriyasında çıxış etməsi üçün yetərli olmadığı məlum olub. Bu kateqoriyada qismən görmə məhdudiyyətli idmançılar mübarizə aparır".

Qurumdan o da vurğulanıb ki, MPK tərəfindən tibbi təsnifatla bağlı yenilənmiş qaydalara adaptasiya prosesi böyük həssaslıqla həyata keçirilir, bu prosesin sürətləndirilməsi üçün bütün zəruri addımlar atılır və mütəmadi olaraq federasiyalar və assosiasiyalar arasında bu istiqamətdə müzakirələr aparılır:

"MPK olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və paralimpiyaçılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik. Media nümayəndələrindən bu cür xəbərlərə həssas yanaşılmasını, ictimailəşdirilməmişdən öncə Komitənin mövqeyinin nəzərə alınmasını xahiş edirik".

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar