AFFA-nın əməkdaşları “Playmakers” layihəsi çərçivəsində konfransa qatılıblar

AFFA-nın əməkdaşları “Playmakers” layihəsi çərçivəsində konfransa qatılıblar

UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən “Playmakers” layihəsinin koordinatoru Kifayət Mustafayeva və təlimçisi Gülyana Özcan İsveçrənin Nyon şəhərində keçirilən konfransda iştirak ediblər.

Sports.az xəbər verir ki, AFFA-nın əməkdaşları UEFA tərəfindən təşkil olunan “Playmakers” adı altında konfransda erkən yaşdan qızların yaradıcılıq və oyun əsaslı inkişafı, futbol oyunu vasitəsilə liderlik, özünəinam və sosial bacarıqların inkişafı mövzusunda qrup işlərində və məşq proseslərində yer alıblar.

Qeyd edək ki, 5-8 yaşlı qızlar üçün təşkil olunan layihəyə Azərbaycanda 2023-cü ildə start verilib və 24 mərkəzi əhatə edir. Layihə nəticəsində 2025/2026-cı illər mövsümündə 5 qız komandası AFFA-nın bayrağı altında təşkil olunan U-12 Qızlar Liqasına, 1 komanda isə U-14 Qızlar Liqasına cəlb olunacaq. Layihənin keçirilməsində əsas məqsəd erkən yaşdan qızların oyun və yaradıcı fəaliyyətlərdə fəal iştirakını təşviq edərək cəmiyyətdəki gender bərabərliyi dəyərlərini erkən yaşdan gücləndirmək və istedadlı qızların gələcəkdə peşəkar futbolçu, məşqçi və lider kimi inkişafına dəstək olmaqdır.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar