“Yaxşı oynayan legionerləri komandaya qaytara bilmədik”

“Yaxşı oynayan legionerləri komandaya qaytara bilmədik”

"Sumqayıt" basketbol komandası ötən mövsüm yaxşı çıxış edən legionerləri müəyyən səbəblərdən geri qaytara bilməyib.

Sports.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlama verib.

O, komandanın hazırlığı ilə bağlı fikirlərini bölüşüb:

"Doğrusu, hazırlıq mərhələsinə bir qədər gec başladıq. Elə indi də komanda tam heyətlə məşq etmir. 2-3 gündən sonra daha bir yeni transferimiz məşqlərə qoşulacaq. Amma istənilən halda, hazırda məşqlərimiz qaydasında gedir".

Kuramşın "Sumqayıt"ın yeni mövsümdəki hədəflərindən danışıb:

"Hədəfimiz ilk pilləni tutub A Liqasına yüksəlməkdir. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq. Ötən mövsüm necə xoş təsir bağışlamışdıqsa, yenə də eyni əzmkarlıqla oynamaq istəyirik. Doğma şəhərimiz Sumqayıtın adı üçün var qüvvəmizlə mübarizə aparacağıq. Hərçənd ki, müəyyən səbəblərdən ötən mövsüm çox yaxşı oynayan legionerlərimizi geri qaytara bilmədik".

O, sonda azarkeşləri də yeni mövsümdə komandaya dəstək olmağa çağırıb:

"Sumqayıtlı fanatları mütləq oyunlarımızda gözləyirik. Onlar ötən mövsüm bizə çox yaxşı dəstək verdilər. Basketbolçularımız onların sevimlisinə çevrildilər. Ümid edirəm ki, yeni heyət ötən mövsümdəkindən zəif olmayacaq".

Son xəbərlər
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
DAHA ÇOX

Ən çox oxunanlar