Azərbaycan futbolu
"Sabah"ın futbolçusu əməliyyat olundu - 6 həftə oynamayacaq

26.09.2025 | 15:45
"Sabah"ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub.
Sports.az xəbər verir ki, fransalı futbolçu ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.
Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.
Son xəbərlər





























